İsmayıllı-Muğanlı yolunda "KamAZ" yandı
Bizi izləyin

Hadisə

İsmayıllı-Muğanlı yolunda "KamAZ" yandı

İsmayıllı-Muğanlı avtomobil yolunda yanğın hadisəsi baş verib.

Publika.az xəbər verir ki, Laçın sakini olan və hazırda İsmayıllı rayonunun Xanagah kəndində məskunlaşan 1962-ci il təvəllüdlü Hüseynov Şahin Mütəllim oğlu idarə etdiyi 41-BA-197 dövlət nömrə nişanlı, "KamAZ" markalı yük avtomobili ilə Talıstan kəndindən Tircan kəndinə 230 ədəd ot bağlaması apararkən avtomobil qəflətən yanmağa başlayıb. Yanğına "KamAZ"ın yük yerinə yığılan ot bağlamalarının yolun üstündən keçən elektrik naqilinə toxunması səbəb olub. Ot bağlamaları və avtomobilin yanar konstruksiyaları yanaraq yararsız vəziyyətə düşüb.

Sürücüsü xəsarət almayıb.

Hadisə yerinə FHN-in İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və 14 canlı qüvvəsi cəlb olunub. Yanğın tam söndürülüb, xəsarət alan yoxdur. Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm