Sumqayıtda beşmərtəbəli binada yanğın - 5 nəfər xilas edildi
Bizi izləyin

Hadisə

Sumqayıtda beşmərtəbəli binada yanğın - 5 nəfər xilas edildi

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 4-cü mərtəbəsində quraşdırılmış elektrik lövhəsində 10 ədəd elektrik sayğacı və 8 p.m elektrik kabeli yanıb.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər bina sakini xilas edilib.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm