Astarada toy mərasimində 22 nəfər zəhərləndi
Bizi izləyin

Hadisə

Astarada toy mərasimində 22 nəfər zəhərləndi

Astarada iyunun 30-da toyda zəhərlənmə olub.

Publika.az xəbər verir ki, ilkin məlumata görə, toy mərasimində 22 nəfər zəhərlənib.

Zəhərlənən şəxslər Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların əksəriyyəti tibbi yardım göstərildikdən sonra evə buraxılıb, hazırda iki nəfərin müalicəsi davam etdirilir.

Hadisə "Şahin" şadlıq sarayında qeydə alınıb.

Məlumata görə, zəhərlənmənin salat yedikdən sonra baş verdiyi ehtimal edilir. (APA)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm