• USD 1,7000 0,00% EUR 1,8883 0,00%
    • GBP 2,2364 0,00% RUB 0,0267 0,00%

Bağlı qalmış 6 cinayətin üstü açıldı

Bağlı qalmış 6 cinayətin üstü açıldı

Ötən gün ərzində respublika ərazisində daxili işlər orqanları tərəfindən gün ərzində 94 cinayət faktı qeydə alınıb, onların da 9-u “isti izlər”lə açılıb.

DİN-in mətbuat xidmətindən Publika.az-a verilən məlumata əsasən, əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub.

"Axtarışda olduğuna görə ümumilikdə 55 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 42 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölmüş, 15 nəfər xəsarət alıb: "Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir. Cinayət törətməkdə şübhəli bilinən 16 nəfər saxlanılıb".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR