Bakı sakinini amansızlıqla öldürən 6 NƏFƏR TUTULDU
Bizi izləyin

Hadisə

Bakı sakinini amansızlıqla öldürən 6 NƏFƏR TUTULDU

İyulun 19-da saat 1 radələrində Abşeron rayonunun Nübar qəsəbəsi ərazisindən Bakı şəhər sakini Fərid Qurbanovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, faktla bağlı cinayət işi başlanılıb. İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində F.Qurbanovu deşici alətlə (amburla) qətlə yetirməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Fəxri Şahbazlı, habelə hadisənin digər iştirakçıları - Misir Abdullayev, Araz Heydərov, Zamiq Quliyev və Ərşad İsayev saxlanılaraq istintaqa təhvil veriliblər.

Araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm