Şabranda meşəlik ərazidə yanğın söndürülüb
Bizi izləyin

Hadisə

Şabranda meşəlik ərazidə yanğın söndürülüb

Şabran rayonunun Çıraqqala kəndinin yaxınlığında meşəlik ərazidə (mürəkkəb relyefli yüksək dağ massivində) baş vermiş yanğınlar söndürülüb.

Publika.az APA-ya istinadən xəbər verir ki, yanğının yenidən baş verməsinin qarşısını almaq üçün Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazidə xidmət aparır.

Qeyd edək ki, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Aviasiya dəstəsinin 1 ədəd "Mi-17" helikopteri cəlb olunub.

Siyəzən rayonu, Altıağac milli parkı ərazisində başlayan yanğın isə davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm