Neftçala sakininin evindən 20 min manatlıq oğurluq
Bizi izləyin

Hadisə

Neftçala sakininin evindən 20 min manatlıq oğurluq

Neftçala rayon sakininin evindən 20000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan Publika.az-a verilən məlumata görə, Neftçala rayonunun Xolqaraqaşlı kənd sakini Vidadi Hüseynov avqustun 12-də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək evindən 20000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

əməkdaşlarının peşəkarlıqla keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəlilər müəyyən edilib, Neftçala rayon sakini Murad Ələkbərov və Salyan rayon sakini Nuruş Əmənov saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayəti etiraf ediblər, oğurladıqları qızıl-zinət əşyaları onlardan maddi sübut kimi götürülüb.

Faktla bağlı Neftçala RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm