Xaçmaz sakininin həyətindən 42 ədəd çətənə kolu aşkarlandı
Bizi izləyin

Hadisə

Xaçmaz sakininin həyətindən 42 ədəd çətənə kolu aşkarlandı

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

Xaçmaz şəhər sakini Elçin Qasımova məxsus evin həyətində xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanıb.

Hal şahidlərinin iştirakı ilə həyətyanı sahəyə baxış zamanı orada dibçəklərdə əkilmiş, ümumi çəkisi 5 kiloqrama yaxın 42 ədəd çətənə kolunun olduğu müəyyənləşib.

Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub.

Dindirilmə zamanı Elçin Qasımov çətənə kollarını şəxsi istifadəsi üçün becərdiyini bildirib.

Faktla bağlı araşdırmalar aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm