Ağdaş sakini dəmir parçasını həmyerlisinin qarnına soxdu
Bizi izləyin

Hadisə

Ağdaş sakini dəmir parçasını həmyerlisinin qarnına soxdu

Ağdaş şəhər sakini küt alətlə endirilən zərbə nəticəsində xəsarət alıb.

“Report”un məlumatına görə, 1948-ci il təvəllüdlü yerli sakin Çingiz Əzizov rayonun mərəkəzi bazarı önündə 1966-cı il təvəllüdlü həmyerlisi Hacıyev Mənsur Çərkəz oğlu ilə mübahisə edib.

Bu zaman o, M.Hacıyevin qarın nahiyəsinə dəmir parçası ilə daxilə nüfuz edən xəsarət yetirib.

M.Hacıyev ətrafdakı insanlar tərəfindən Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm