Hadisə
Bakıda həbs edilən əcnəbilərlə bağlı QƏRAR
Dələduzluqda və qanunsuz miqrasiya təşkilində təqsirləndirilən Hindistan vətəndaşları Mohammad Sakir, Alimuddin Shaikh, SK Allarakha və Pakistan İslam Respublikasının vətəndaşı Sajid Frazın məhkəməsi başa çatıb.
Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədiyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, M. Sakir 10 il, Alimuddin Shaikh, SK Allarakhanın hər biri 9 il, Sajid Frazın isə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmənin hökmü ilə həmin şəxslər əsas cəzanı çəkdikdən sonra məcburi qaydaya Azərbaycandan çıxarılacaqlar.
İstintaqla müəyyən edilib ki‚ Hindistan vətəndaşı Mohamed Shakir 12 oktyabr 2017-ci ildən Bakı şəhərinə gəlib məskunlaşdıqdan sonra xarici ölkələrdə işləmək niyyətində olan Hindistan vətəndaşlarının pul vəsaitlərini ələ keçirmək məqsədilə 2017-ci ilin oktyabr ayından 2018-ci ilin yanvarınadək olan dövrdə SK Allarakha, Alimuddin Shaikh, Sajid Frazdan ibarət mütəşəkkil dəstə yaradıb. Hindistanda fəaliyyət göstərən konsaltinq şirkətlər vasitəsilə Azərbaycan Neft Sənayesi müəssisələrində yüksək əmək haqqı vəd edilən iş yerlərinə işçi axtarılması, həmçinin ali tədris müəssisələrində təhsil almaq imkanları barədə təbliğat işləri aparıblar. Hindistan vətəndaşlarının konsaltinq şirkətlərə ödədikləri 1200-4600 dollar məbləğində pulların bir hissəsi Mohammed Shakirin bank hesabına köçürüldükdən sonra elektron turist vizası və aviobiletlərlə təmin olunaraq həmin şəxslərin Bakıya gəlməsi təşkil olunub. Hava limanında zərərçəkmişləri dəstənin digər üzvləri qarşılayıblar və Sabunçu rayonunun Maştağa, Ramana və Balaxanı qəsəbələrindəki fərdi yaşayış evlərinə aparılıblar.
Daha sonra isə onlara verilən vəd puç çıxıb və heç biri işlə təmin olunmayıb. Azərbaycanda qalmaq üçün vizanın müddəti bitdiyinə görə də onlar gizli yaşamalı olublar.
Hacı Zeynalov
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə10 May 21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA