Hadisə
Bakıda mağazada arvadını yandıran şəxslə bağlı YENİ XƏBƏR - XƏYANƏT ŞÜBHƏSİ...
Bakıda arvadını öldürməkdə təqsirli bilinən Məsud Müzəffərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
İttihama görə, bu il aprelində paytaxtın “Memar Əcəmi” metrostansiyasının yaxınlığında yerləşən “Manat Shop” mağazasında Müzəffər Müzəffərov həyat yoldaşı Aytəkin Müzəffərovanın başına bezin tökərək, onu yandırıb.
Nəticədə qadın dünyasını dəyişib.
Müəyyən edilib ki, qətl hadisəsi qısqanclıq zəminində törədilib.
Belə ki, Aytəkin Müzəffərova hadisədən bir qədər əvvəl işləmək üçün Türkiyəyə gedib. Bu səbəbdən Müzəffər arvadının ona xəyanət etdiyini fikirləşib.
Bir neçə aydan sonra Aytəkin Bakıya qayıdıb və həmin mağazada işləməyə başlayıb.
Hadisə baş verən günü Məsud Müzəffərov 1 litr benzin götürərək arvadının çalışdığı mağazaya gəlib. O, həmin yerdə benzini qadının başına tökərək yandırıb. Qadın hadisə yerində dünyasını dəyişib.
İstintaq orqanı tərəfindən Məsud Müzəffərovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Növbəti proses oktyabrın 12-də keçiriləcək.
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi