Tovuzda BƏDBƏXT HADİSƏ: 60 yaşlı qadın ağacdan yıxıldı
Bizi izləyin

Hadisə

Tovuzda BƏDBƏXT HADİSƏ: 60 yaşlı qadın ağacdan yıxıldı

Tovuzda qadın meyvə ağacından yıxılıb.

Trend-in məlumatına görə, hadisə rayonun Xatınlı kəndində baş verib.

Məlumata görə, kənd sakini, 1958-ci il təvəllüdlü Məmmədova Səhər Hüseyn qızı yaşadığı evin həyətində meyvə yığarkən ağacdan yıxılıb.

Hadisə nəticəsində qadının döş qəfəsi sınıb və bədəninin müxtəlif hissələrindən ağır xəsarətlər alıb.

Yaralı Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və vəziyyəti ağırdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm