Hadisə
Postu silah-sursatla keçərkən yaxalandı
Gömrükçülər psixotrop maddə və silah-sursatın gömrük nəzarətinə bəyan edilmədən ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən Publika.az-a verilən məlumata görə, Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunda Rusiya Federasiyasından gələn Azərbaycan vətəndaşı gömrük nəzarəti zamanı metal dedektordan keçərkən cihazın reaksiyasına əsasən saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
Şəxsi yoxlama nəticəsində, vətəndaşın şalvarının arxa sol cibində kağıza bükülmüş şəkildə, xalis çəkisi 0,082 qram olan psixotrop maddə - apirrolidinovalerofenon (a-PVP) və şalvarının arxa hissəsində bel nahiyəsinə keçirilmiş 4,5 mm kalibrli pnevmatik tapança aşkar edilib.
Əl yüklərinə baxış zamanı isə vətəndaşın çantasında gömrük nəzarətinə bəyan edilməyən 1 ədəd elektroşok, pnevmatik tapança üçün 131 ədəd patron və 4 ədəd tapança hissəsi aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Könül
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi