Hadisə
“Nazmehr” gəmisində ölən və zəhərlənənlərin adları məlum oldu - SİYAHI
Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus “Nazmehr” quru yük gəmisində zəhərlənən heyət üzvlərinin kimlikləri bəlli olub.
Bu barədə Publika.az-a İran İslam Respublikasının səfirliyindən məlumat verilib.
Bildirilib ki, gəmi kapitanı Ukrayna vətəndaşı olub vəziyyəti yaxşıdır. Ümumilikdə zəhərlənən 12 heyət üzvündən 8-nin adları belədir:
Hameddin Qulipur Heybəti (1989)
Əhməd Məsud Məhəmmədrza (1991)
İbrahim Zabil İxtiyar (1985)
Məhəmməd Kərəçisar Səfərli (1987)
Təvəkkülü Purya Qulamirza (1991)
Məhəmmədzaman Salmanxaleqi (1982)
Vahid Mirzayi (1985)
Seyid Məhəmmədi Məhəmməd (1985)
Ölən 3 nəfər isə bunlardır:
Əkbər Məhsumi Kərim oğlu
Seyidmurtuza Nozən Mirhüseyn oğlu
Səccad Səyyad Müslim Fəridun oğlu.
Səfirlikdən bildirilib ki, zəhərlənməyə gəmidə gətirilən taxıla vurulan kimyəvi maddə səbəb olub.
Könül Cəfərli
-
Magazin213:30"Eyforiya" serialının ulduzu soyundu - FOTO
-
Hadisə13:07Mingəçevirdə körpəsini zirzəmiyə atan ana saxlanıldı
-
Hadisə11:34Biləsuvarda ölən 5 nəfərin adı məlum oldu - YENİLƏNİB
-
Səhiyyə11:24Alimlər siqaretlə bağlı məşhur mifi puç etdilər
-
Tarix10:11Astarada Səfəvilərə aid döyüş bayrağının başlığı aşkarlandı - VİDEO
-
MDB10:00Avtovağzalda dəhşət: Bıçaqla insanlara hücum etdi
-
Digər09:30Daşqın və sürüşmə 900 can aldı
-
İdman08:36Messi karyerasında 48-ci kubokunu qazandı

































.jpg)



