İran gəmisində ölənlərin meyitləri ailələrinə göndərildi - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

İran gəmisində ölənlərin meyitləri ailələrinə göndərildi - (YENİLƏNDİ)

Bir neçə gün əvvəl İran İslam Respublikasına məxsus “Nazmehr” quru yük gəmisində baş vermiş zəhərlənmə nəticəsində ölən şəxslərin meyitləri öz ölkələrinə göndərilib.

Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyindən məlumat veriblər.

Səfirlikdən bildiriblər ki, “Nazmehr” quru yük gəmisində zəhərlənmə nəticəsində dünyasını dəyişən 3 nəfər, Əkbər Mənsumi Kərim (1989), Seyid Murtuza Mirhüseyn (1986), Səccad Səyyad Feriydundur (1990) meyitləri ötən gecə İrana, öz ailələrinə göndərilib.

Səfirlik qeyd edib ki, gəmidə zəhərlənən digər 8 nəfər isə hələ Azərbaycanı tərk etməyiblər. “Nazmehr” gəmisi də Xəzərin Azərbaycan sularındadır.

***

Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus “Nazmehr” quru yük gəmisində zəhərlənənlər xəstəxanadan buraxılıblar.

Bunu açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov deyib.

Nazirlik rəsmisi qeyd edib ki, ölən şəxslərin meyitləri isə aidiyyəti üzrə təhvil verilib.

Xatırladaq ki, gəmidə zəhərlənən 3 İran vətəndaşı həkim gələnə qədər hadisə yerində dünyasını dəyişib. İlkin ehtimala görə, zəhərlənməyə səbəb gəmidə gətirilən taxıla vurulan kimyəvi maddə olub. (Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm