Bakıda hamamda qadının meyiti tapıldı – CİNAYƏT İŞİ AÇILDI
Bizi izləyin

Hadisə

Bakıda hamamda qadının meyiti tapıldı – CİNAYƏT İŞİ AÇILDI

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Publika.az xəbər verir ki, dünən gecə saatlarında Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsində yerləşən mənzilin hamam otağından həmin evdə yaşayan Nemətova Mixayət İmran qızının meyiti tapılıb. İlkin olaraq bildirilib ki, qadın dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ölümlə nəticələndikdə) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.

Nizam Rza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm