Sumqayıtda qadınlara qorxulu anlar yaşadan şəxslər ƏLƏ KEÇDİ
Bizi izləyin

Hadisə

Sumqayıtda qadınlara qorxulu anlar yaşadan şəxslər ƏLƏ KEÇDİ

Sumqayıtda içərisində pul və bahalı əşyalar olan çantaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Publika.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində N.Nəsibovanın içərisində 700 manat, 500 ABŞ dolları və sənədlər olan çantasını oğurlamaqda şübhəli bilinən şəhər sakini Zaur Rzayev saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun daha bir qadının içərisində 285 manat, 1 ədəd qızıl üzük, mobil telefon və sənəd olan çantasını və digər şəxsin mobil telefonunu oğurlaması da müəyyən edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm