İki "Mercedes" toqquşdu - Sürücünü FHN əməkdaşları çıxardı
Bizi izləyin

Hadisə

İki "Mercedes" toqquşdu - Sürücünü FHN əməkdaşları çıxardı

Gəncədə ağır yol qəzası baş verib.

Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhəri, Nizami rayonunda “Mercedes” markalı iki minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə müraciət daxil olub. Hadisə yerinə cəlb olunmuş Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri avtomobillərin birində sıxılmış vəziyyətdə qalmış sürücünü deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb. Sürücü aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm