Məcburi köçkün 15 yaşlı qızı qaçırdı - BƏRDƏDƏ
Bizi izləyin

Hadisə

Məcburi köçkün 15 yaşlı qızı qaçırdı - BƏRDƏDƏ

Bərdə rayon Şorəlli kəndində 15 yaşlı qız qaçırılıb.

Publika.az-ın kənd sakinlərindən əldə etdiyi məlumata görə qızı başqa bir kənddə yaşayan şəxs evlənmək məqsədilə qaçırıb.

Məlumata görə, qız Xocalı rayonundan, onu qaçıran şəxs isə Ağdam rayonundan məcburi köçkündür.

Qız Ağdam rayon məcburi köçkün məktəbində təhsil alırmış. Bu günlərdə qızın qardaşının toyu olub, valideynləri bir neçə günlük məktəbdən icazə alıb. Qız dünən qaçırılıb, dərhal valideynləri polisə məlumat verib.

Artıq qızı qaçıran oğlan saxlanılıb, polis şöbəsindədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm