Ölkəyə qanunsuz yolla mobil telefonlar keçirmək istədilər - VİDEO
Bizi izləyin

Hadisə

Ölkəyə qanunsuz yolla mobil telefonlar keçirmək istədilər - VİDEO

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Audi A4" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Publika.az-a verilən məlumata görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin qabaq şitinin içindən 6 ədəd "Samsung Galaxy J6", 2 ədəd "Samsung Galaxy J4" və 2 ədəd "Samsung Galaxy J2" markalı mobil telefonlar aşkar olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm