Hadisə
Toy axşamı məclisində yeyib-içib yolda yatdı və... - Azərbaycandakı olayın ŞOK TƏFƏRRÜATI
Ağsu rayonunun Qaraqoyunlu kəndində 60 yaşlı kişinin donaraq ölməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Publika.az xəbər verir ki, kənd sakini 60 yaşlı Məmmədov Çingiz Məmməd oğlu hadisə baş verən gün həmkəndlisinin həyətində keçirilən toyaxşamı məclisində iştirak edib. O, toy axşamında xeyli spirtli içki qəbul edib və gecə saatlarında evə qayıdarkən yol kənarındakı arxda yatıb.
Həmin gecə 3 övlad atası olan Ç.Məmmədovun qayıtmadığını görən ailə üzvləri onu axtarmağa başlayıb. Bir neçə saat sonra kənd sakinlərindən biri 60 yaşlı kişinin arxda donaraq öldüyünü və meyitinin arxda qaldığını görüb və bu barədə məlumat verib.
Bildirilir ki, Ç.Məmmədov daha əvvəl alkoqolizm əleyhinə müalicə olunsa da, sonradan pis vərdişinə davam edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Muxtar
-
ABŞ01:45
Bu, Rusiya ilə nüvə qarşıdurması riski yaradır - Bayden
-
Nəqliyyat01:05
Bu yolda sürət həddi endirildi
-
Dünya00:45
Ərdoğan Meral Akşeneri köməkçisi təyin edəcək - İDDİA
-
Qoroskop00:25
Günün qoroskopu: büdcənizi yenidən nəzərdən keçirin!
-
Sağlamlıq00:04
Yayılan yeni virusun daha bir simptomu aşkarlandı - 5 gün davam edir...
-
Hadisə13 Yanvar 23:15
Los-Ancelesdəki yanğınlarda azərbaycanlılar xəsarət alıbmı?
-
Hadisə13 Yanvar 22:58
Şəmsəddin Xanbabayev vəfat etdi
-
İdman13 Yanvar 21:55
Aleks de Souza qovuldu