Zabratda keçmiş məhkum heroinlə tutuldu
Bizi izləyin

Hadisə

Zabratda keçmiş məhkum heroinlə tutuldu

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Zabrat qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.Ağayevdən 3 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evdən isə çəkisi 1,2 kiloqram heroin götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm