Kürdəmirdə qəza: xəsarət alan var
Bizi izləyin

Hadisə

Kürdəmirdə qəza: xəsarət alan var

Kürdəmir rayonunda yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Karrar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Mingəçevir şəhər sakini, 1941-ci il təvəllüdlü Yaşar Nəsib oğlu Mütəllimovun idarə etdiyi "99-FX-275" dövlət qeydiyyat nişanlı "VAZ-21015" markalı minik avtomobili idarəetmədən çıxaraq beton maneələrə çırpılıb. Nəticədə Mingəçevir şəhər sakini, 1954-cü il təvəllüdlü Solmaz Nurəddin qızı Quliyeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm