Kəmaləddin Heydərov zəlzələ baş verən ərazidə - FOTO/VİDEO (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Kəmaləddin Heydərov zəlzələ baş verən ərazidə - FOTO/VİDEO (YENİLƏNDİ)

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və Nazirliyin digər rəhbər şəxsləri ilə birgə fevralın 5-də gecə saatlarında baş vermiş zəlzələnin nəticələri ilə yaxından tanış olmaq məqsədilə fevralın 6-da həmin əraziyə gəlmişlər.

Publika.az xəbər verir ki, nazir Kəmaləddin Heydərov zəlzələ nəticəsində zərər çəkmiş binaların vəziyyəti ilə tanış olmuş, yerli sakinlərlə söhbət etmişdir. Zəlzələdən zərər çəkmiş yaşayış evlərindəki vəziyyətlə tanış olan nazir Kəmaləddin Heydərov bildirmişdir ki, mütəxəssislər ziyan dəymiş binaların dayanıqlığını və vəziyyətini araşdırırlar. Nazir qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, vəziyyət tam nəzarətə götürülmüşdür və rayon Fövqəladə Hallar komissiyaları ilə birlikdə Şamaxı, İsmayıllı və Ağsu rayonlarında zəlzələnin nəticələrinin aradan qaldırılması üçün bütün zəruri tədbirlər görüləcəkdir. Nazir onu da bildirmişdir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondunun könüllüləri də bu işdə yaxından iştirak edəcəklər.

O da bildirilmişdir ki, qəzalı vəziyyətdə olan evlərin sakinləri başqa evlərdə müvəqqəti yerləşdiriləcək.

Qeyd edək ki, zəlzələ baş vermiş ərazinin vəziyyətinin qiymətləndirilməsi və nəticələrinin aradan qaldırılması üçün dərhal bölgəyə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Aiasiya dəstəsi, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və Şimal-qərb Regional Mərkəzinin 118 nəfər şəxsi heyəti, 15 texnikası və xüsusi təlim keçmiş itlər cəlb olunmuşdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm