Hadisə
84 yaşlı qadını döyüb evini soydular
Ağcabədidə 84 yaşlı qadın döyülərək evi soyulub.
DİN Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, “102 - Zəng Mərkəzi” Xidmətinə fevralın 2-nə keçən gecə Ağcabədi şəhərindəki evlərin birindən oğurluğa cəhd göstərilməsi barədə müraciət daxil olub.
Məlumatla əlaqədar dərhal Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla rayon sakini olan 84 yaşlı qadının evinə basqın edən 2 nəfərin onu döyərək oradan 3000 manat pul aparmaları müəyyən edilib.
Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri R.Rüstəmov və İ.Mirzəyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci maddəsi (quldurluq) ilə cinayət işi başlanıb. İstintaq aparılır.
-
Region10:23
İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq - Rəisidən etiraf
-
Region09:36
Paşinyana qarşı üsyanda Köçəryan izi: Ayağında “problem” olan keşiş oteldə tapıldı - FOTO
-
Rəsmi xronika09:12
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
-
Magazin104:44
“Xəbəri eşidəndən ağlayıram” - Mehriban Xanlarova
-
Kriminal04:14
Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: dəhşətli qətlin PƏRDƏARXASI - VİDEO
-
Cənubi Qafqaz03:13
İrəvanda yük maşını etirazçılara ÇIRPILDI
-
ABŞ02:42
Bayden Trampın debat təklifinə CAVAB VERDİ
-
Magazin202:10
“Avroviziya-2024”ün bütün finalçıları məlum oldu