Hadisə
Tərtərdə oğurluqla məşğul olan şəxslər tutuldu
Tərtər rayon polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində mənzildən və qəbirstanlıqdan oğurluq edən rayon sakinləri tutulub.
Tərtər Rayon Polis Şöbəsinin təhqiqatcisi İsmayıl İsmayılovun Report-a verdiyi məlumata görə, rayon sakini Nəcəf İbrahimov polis şöbəsinə müraciət edərək, evindən oğurluq edilməsi barədə məlumat verib.
Hadisə əlaqədar Tərtər RPŞ-də əməliyyat qrupu yaradılıb, hadisə yerinə baxış keçirilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Elnur Qurbanov saxlanılıb.
Bundan başqa, Tərtər RPŞ-in əməkdaşları tərəfindən daha bir əməliyyat tədbiri keçirilib. Belə ki, Sarov kəndindəki qəbiristanlıqdan alüminiumdan düzəldilmiş bəzək əşyalarını oğurlamaqda şübhəli bilinən kənd sakini Kamandar Süleymanlı saxlanılıb.
Şübhəli şəxslər dindirilmə zamanı törətdikləri oğurluq əməllərini etiraf ediblər. Hər iki faktla bağla araşdırmalar davam etdirilir.
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi