Sumqayıtda faciə - Qadının meyiti tapıldı
Bizi izləyin

Hadisə

Sumqayıtda faciə - Qadının meyiti tapıldı

Bu gün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə müraciət daxil olub.

Publika.az nazirliyin saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb. Bu zaman orada aşkarlanan 1956-cı il təvəllüdlü Atakişiyeva Raifət Şahbuz qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm