DİN 19 nəfərin yaralandığı hadisə barədə məlumat yaydı
Bizi izləyin

Hadisə

DİN 19 nəfərin yaralandığı hadisə barədə məlumat yaydı

Daxili İşlər Nazirliyi Sumqayıtda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 21-də saat 17 radələrində Sumqayıt şəhərinin M.Əzizbəyov və Nizami küçələrinin kəsişməsində şəhər sakinləri H.Rəcəbov idarə etdiyi “Toyota Prado” markalı avtomobili C.Əhmədovun idarə etdiyi “AKİA” markalı avtobusa vurub. Sürücü idarəetməni itirdiyindən avtobus yaşayış binasının divarına dəyib. Nəticədə avtobusun 19 sərnişini xəstəxanaya yerləşdirilib, onlara zəruri tibbi yardım göstərilib.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm