Bakıda itkin düşən 5 yaşlı uşaq tapıldı
Bizi izləyin

Hadisə

Bakıda itkin düşən 5 yaşlı uşaq tapıldı

Bakıda itkin düşən azyaşlı tapılıb.

Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki,DİN-in “102 - Zəng Mərkəzi” Xidmətinə müraciət edən Bakı şəhər sakini olan qadın fevralın 26-da 5 yaşlı oğlunun itkin düşdüyünü bildirib.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılmış və əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Uşaq həmin gün saat 13 radələrində DİN-in Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən tapılaraq valideynlərinə təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm