Bakının mərkəzində tanınmış müğənni qəza törətdi - HADİSƏ YERİNDƏN QAÇDI - VİDEO - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Bakının mərkəzində tanınmış müğənni qəza törətdi - HADİSƏ YERİNDƏN QAÇDI - VİDEO - (YENİLƏNDİ)

Müğənni Nazim Pişyari qəza qtörətməsi ilə bağlı yayılan məlumata münasibət bildirib.

N.Pişyari Unikal.org-a açıqlamasında qəzanın baş verməsini təsdiqləyib. O, hadisə ilə bağlı geniş açıqlama verməsə də, qəza törətdikdən sonra qaçması ilə bağlı məlumatı belə şərh edib: “Yox, qaçmamışam. Nə qaçmaq? Biz hansı dövrdə yaşayırıq ki, qəza törədib hadisə yerindən qaçaq? Özü də Bakı şəhərində! Bu gün paytaxtımızın hər yeri kameradır. Sizcə, bu kameraların altında qəza törədib, qaçmaq olar? İnşallah, bu hadisə ilə bağlı daha geniş açıqlama verəcəm”.

***

Azərbaycanın məşhur müğənnisi, Faytonçu Nazim Pişyari qəza törədib.

Publika.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə fevralın 12-də Bakının Ə. Salamzadə küçəsində baş verib.

Sənətçi idarə etdiyi “10 NF 022” dövlət nişanlı “Toyota” markalı avtomobili ilə idarəetməni itirərək “Hyundai”a çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, “Hyundai”a ciddi ziyan dəyib. Əldə etdiyimiz məlumata görə, zəncirvari qəzaya səbəb olan N. Pişyari dərhal hadisə yerini tərk edib. Bundan sonra qəza haqqında protokol tərtib olunub.

“Qafqazinfo” mövzu barədə müğənninin mövqeyini öyrənməyə çalışsa da, qarşı tərəf telefonlara cavab verməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm