Xaçmazda evdən qadının meyiti tapıldı
Bizi izləyin

Hadisə

Xaçmazda evdən qadının meyiti tapıldı

Xaçmaz rayonunda qadın meyiti tapılıb.

Publika.az "Report"a istinadən məlumat verir ki, hadisə rayonun Çarxı kəndində qeydə alınıb.

Belə ki, fərdi yaşayış evində rayon sakini 1971-ci il təvəllüdlü Həcər Sultanovanın cansız bədəni aşkar edilib.

Qadının meyiti Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə aparılıb.

Onun ölümündə cinayət tərkibinin olub-olmadığını Xaçmaz Rayon Prokurorluğu araşdırır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm