Təcili yardım maşını qəzaya uğradı
Bizi izləyin

Hadisə

Təcili yardım maşını qəzaya uğradı

Qazax şəhərində təcili yardım maşını qəzaya uğrayıb.

"Report"un məlumatına görə, Heydər Əliyev prospekti ilə çağrışa gedən "Qazel" markalı "təcili yardım" maşını "VAZ-2107" ilə toqquşub.

Qəza nəticəsində iki nəfər – 1997-ci il təvəllüdlü Musayev Cabir Musa oğlu və "VAZ"ın 1996-cı il təvəllüdlü sərnişini Elgün Musayev xəsarət alıb.

Hər iki yaralı hadisə yerinə çağrılan başqa "təcili yardım" maşını ilə xəstəxanaya aparılıb. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm