Göyçayda avtomobil yandı
Bizi izləyin

Hadisə

Göyçayda avtomobil yandı

Göyçay rayonunda yanğın hadisəsi baş verib.

Hadisə Bakı-Şamaxı-Yevlax magistral yolun Göyçay şəhərinin Natavan küçəsindən keçən hissəsində qeydə alınıb.

Ucar rayon sakininə məxsus "VAZ-21099" markalı "61-BC-899" dövlət qeydiyyat nişanlı minik maşını yolun kənarında dayandığı yerdə anidən alovlanıb. Dərhal hadisə yerinə FHN-in Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Faktla bağlı araşdırma aparılır./report

Oxumağa davam et
Reklam
Reklam

Gündəm