Bakıda dəhşətli hadisə - 31 yaşlı İlahə öldü
Bizi izləyin

Hadisə

Bakıda dəhşətli hadisə - 31 yaşlı İlahə öldü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, aprelin 4-də saat 10 radələrində Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində Siyəzən rayon sakini E.Məhərrəmov idarə etdiyi “MAN” markalı yük avtomobili ilə yolu keçən Salyan rayon sakini, 1988-ci il təvəllüdlü İlahə Quliyevanı vurub.

31 yaşlı qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm