Oğurladığı maşınla adam öldürdü - Bakıda
Bizi izləyin

Hadisə

Oğurladığı maşınla adam öldürdü - Bakıda

Aprelin 5-də saat 14 radələrində Yasamal rayonu H.Cavid prospektində Bakı şəhər sakini T.Rəsulov idarə etdiyi “Chrysler” markalı avtomobillə yolu keçən paytaxt sakini İlkin Şahbazini vurub.

Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, xəstəxəxanaya yerləşdirilmiş İ.Şahbazi orada ölüb.

Yasamal RPİ 26-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində T.Rəsulov saxlanılıb.

Araşdırmalarla onun idarə etdiyi avtomobilin Bakı şəhər sakini S.Vəliyevə məxsus olması və aprelin 5-də F.Bayramov küçəsindən qaçırılması müəyyən edilib. Yasamal RPİ tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm