Bakıda sərnişin avtobusu yük maşını ilə toqquşdu - YARALILAR VAR - (VİDEO) -(YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Bakıda sərnişin avtobusu yük maşını ilə toqquşdu - YARALILAR VAR - (VİDEO) -(YENİLƏNDİ)

Bakıda kommunal xidmət avtomobilinin sərnişin avtobusuna çırpılması nəticəsində 24 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, yaralılardan 21-i böyük, 3-ü uşaqlardır.

Yaralılardan 8-i hazırda xəstəxanada müalicə alır. Qəza zamanı xəsarət alan uşaqlar da daxil olmaqla, digər yaralılar evə buraxılıb.

Qeyd edək ki, şəhər istiqamətində hərəkət edən kommunal xidmət avtomobili arxadan Bilgəh qəsəbəsi - "Koroğlu" metrostansiyası istiqamətində hərəkət edən, 10-TG-909 Dövlət qeydiyyat nişanlı 171 saylı sərnişin avtobusuna çırpılıb.

Hadisə nəticəsində avtobusun 24 sərnişini xəsarət alıb. Yaralılar 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

***
Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.

Hadisə aeroport yolunda, "Buta Palace" yaxınlığında qeydə alınıb.

Belə ki, Bilgəh qəsəbəsi - "Koroğlu" metrostansiyası istiqamətində hərəkət edən 171 saylı sərnişin avtobusu zibil daşyan avtomobillə toqquşub. Hadisə nəticəsində avtobusun azı 10 sərnişini xəsarət alıb. Yaralılar 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, daha əvvəl də 171 saylı sərnişin avtobusu "Mercedes"lə toqquşub ./report

Oxumağa davam et
Reklam
Reklam

Gündəm