Hadisə
Bakıda 27 nəfərin xəsarət aldığı dəhşətli qəzadan - VİDEO
Bakıda ötən gün sərnişin avtobusu qəzaya uğrayıb.
"Report" xəbər verir ki, hadisə aeroport yolunda, "Buta Palace" yaxınlığında qeydə alınıb.
Belə ki, şəhər istiqamətində hərəkət edən kommunal xidmət avtomobili arxadan Bilgəh qəsəbəsi - "Koroğlu" metrostansiyası istiqamətində hərəkət edən, 10-TG-909 Dövlət qeydiyyat nişanlı 171 saylı sərnişin avtobusuna çırpılıb.
Hadisə ilə bağlı Bakı Nəqliyyat Agentliyinin əməkdaşları qəza yerinə gedib, araşdırma aparılıb.
Bakıda kommunal xidmət avtomobilinin sərnişin avtobusuna çırpılması nəticəsində 27 nəfər xəsarət alıb.
Üç saylı Şəhər klinik Xəstəxanasının baş həkimi Fikrət Zeynalov "Report"a bildirib ki, qəzadan sonra xəstəxanaya 27 yaralı gətirilib.
Onun sözlərinə görə, xəsarət alanlardan 3-ü uşaqlar, 24-ü böyüklərdir. Xəsarət alanlardan 17-i (uşaqlar da daxil olmaqla-red) evə buraxılıb. Hazırda xəstəxanada 10 nəfər müalicə edilir.
Qeyd edək ki, şəhər istiqamətində hərəkət edən kommunal xidmət avtomobili arxadan Bilgəh qəsəbəsi - "Koroğlu" metrostansiyası istiqamətində hərəkət edən, 10-TG-909 Dövlət qeydiyyat nişanlı 171 saylı sərnişin avtobusuna çırpılıb.
Yaralılar 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi