İmişlidə 29 yaşlı gənc intihara cəhd etdi
Bizi izləyin

Hadisə

İmişlidə 29 yaşlı gənc intihara cəhd etdi

İmişli rayonunda 29 yaşlı gənc oğlan intihara cəhd edib.

Publika.az "Report"a istinadən xəbər verir ki, un Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə bu gün axşam saat 19:00 radələrində rayonun Bəhrəmtəpə qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1990-cı il təvəllüdlü Ə.C. yaşadığı evin həyətində olan hamamda özünü asaraq intihara cəhd edib. Xöşbəxtlikdən yaxınları hadisədən xəbər tutub və dərhal Ələkbəri xilas ediblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım qrupu gəlib. Ə.Cahangirov İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm