Bakıda iki avtomobil toqquşub, xəsarət alan var
Bizi izləyin

Hadisə

Bakıda iki avtomobil toqquşub, xəsarət alan var

Bakıda yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə bu gün saat 18:50 radələrində Aeroport yolunda qeydə alınıb.

Belə ki, KN-100-RDA Gürcüstan dövlət nömrəli nişanlı "Mercedes" markalı avtomobil idarəetməni itirərək 90-TD-723 dövlət qeydiyyat nişanlı "KİA Rio" markalı avtomobilə çırpılıb. Nəticədə bir nəfər yüngül dərəcəli bədən xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm