Bakı-Sumqayıt yolunda 6 maşın toqquşdu
Bizi izləyin

Hadisə

Bakı-Sumqayıt yolunda 6 maşın toqquşdu

Bakı-Sumqayıt yolunda zəncirvari qəza olub.

"Report" xəbər verir ki, hadisə yolun Xırdalan qəbristanlığının yaxınlığından keçən hissəsində qeydə alınıb.

Qəza nəticəsində 6 maşın toqquşub. Xəsarət alan olmasa da, avtomobillərə xeyli ziyan dəyib.

Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları gəlib və əraziyə evakuator cəlb olunub.

Hazırda həmin yolda böyük tıxac var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm