Azərbaycanda yol qəzaları - 3 nəfər öldü, 4-ü isə...
Bizi izləyin

Hadisə

Azərbaycanda yol qəzaları - 3 nəfər öldü, 4-ü isə...

Daxili İşlər Nazirliyi ötən gün baş vermiş hadisələrlə bağlı məlumat yayıb.

Publika.az nazirliyə istinadən xəbər verir ki, gün ərzində törədilmiş 16 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 24 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 49 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm