Fəhlə prospektində 54 yaşlı qadını avtomobil vurdu
Bizi izləyin

Hadisə

Fəhlə prospektində 54 yaşlı qadını avtomobil vurdu

Bakı şəhərinin Xətai rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Fəhlə prospektində qeydə alınıb.

Yolu keçən zaman “Lada Priora” markalı minik avtomobilinin zərbəsi ilə üzləşən 1965-ci il təvəllüdlü Abdullayeva Gilas Samir qızı xəstəxanaya yerləşdirilib.

Ona sol bazu sümüyünün sınığı, döş qəfəsinin və qarın nahiyəsinin küt travması diaqnozu qoyulub.

Xəstə həkim nəzarətinə götürülüb, Reanimasiya və İntensiv Terapiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır (Report).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm