Bakıda 2 nəfərin öldüyü dəhşətli qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ - FOTO/VİDEO
Bizi izləyin

Hadisə

Bakıda 2 nəfərin öldüyü dəhşətli qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ - FOTO/VİDEO

Ələt körpüsündə baş verən dəhşətli qəza kameraya düşüb.

Avtosfer.az xəbər verir ki, hadisə bir neçə ay əvvəl baş verib.

"Mercedes" markalı avtomobilin sürücüsü yolun hərəkət hissəsində dayanaraq dovşan satan oğlanla söhbət edir. Görünür ki, dovşan almaq istəyir. Bu zaman hərəkətdə olan "Kamaz" markalı yük maşını onun avtomobilini arxadan vurur. Qəza nəticəsində 2 nəfər həyatını itirir. "Kamaz" sürücüsü isə fikirli olduğunu və avtomobili gec gördüyünü bildirib.
Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Elməddin Muradlı hesab edir ki, xüsusilə magistral yollarda yolun hərəkət hissəsində dayanmaq təhlükəlidir. "Rayon yollarının kənarlarında müxtəlif meyvələr, balıq, dovşan satan gənclər dayanır. Bəzən yolun hərəkət hissəsinə çıxırlar. Avtomobillər də saxlayıb onlarla bazarlıq edir. Nəticədə belə bədbəxt hadisələr baş verir." Konkret olaraq bu hadisə barədə danışan ekspert bildirib ki, burada hər iki tərəfdə günah var. "Amma yük maşının sürücüsünün diqqətsizliyi hadisənin miqyasını böyüdür. Dəfələrlə yol polisi, biz xəbərdarlıq edirik ki, yorğun halda sükan arxasında əyləşmək olmaz. Həmçinin maksimum dərəcədə diqqətli olmaq zəruridir. Nəticədə görün neçə nəfər həyatını itirdi, neçəsininhəyatı məhv oldu".

Videonu təqdim edirik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm