Rusiyadan qanunsuz yolla siqaretlərin keçirilməsinin qarşısı alındı
Bizi izləyin

Hadisə

Rusiyadan qanunsuz yolla siqaretlərin keçirilməsinin qarşısı alındı

Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes-Benz MI 320" markalı avtomobilə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Publika.az-a verilən məlumata görə, bu zaman nəqliyyat vasitəsinin arxa sağ qanadının altında 2025 ədəd "Belomorkanal" markalı papiros və avtomobilin alt hissəsindəki hər iki ramanın içərisində 16000 ədəd "Heets" markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm