Bakıda avtobus qəzasında yaralanan şəxs öldü
Bizi izləyin

Hadisə

Bakıda avtobus qəzasında yaralanan şəxs öldü

Dünən Bakı şəhəri Qaradağ rayonunda 149 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99 XX 165 Dövlət Nömrə Nişanlı avtobusun qəzaya uğraması nəticəsində ağır xəsarət alan şəxs vəfat edib.

Publika.az xəbər verir ki, avtobusun drenaj xəttinə düşməsi nəticəsində yaralanan 85 yaşlı Nüsrət Rəsulov Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsində dünyasını dəyişib.

Hadisə ilə bağlı Qaradağ rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm