Hadisə
Azərbaycanlı müğənni Fransa prezidentinin ailəsini şantaj etdi və... - İNANILMAZ OLAY
27 yaşlı azərbaycanlı Fransa Prezidenti Emmanuel Makronun ögey qızını şantaj etdiyi üçün həbs olunub.
Publika.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda “Parisien” nəşri yazıb.
Məumatda həmin azərbaycanlının müğənni olduğu və Makronun həyat yoldaşı Bricit Makronun birinci nigahdan olan qızı Tifani Ozyeri şantaj etdiyi bildirilir.
Bildirilir ki, heç yerdə işləməyən gənc müğənni 2 yaşı olanda valideyinləri ilə birlikdə Azərbaycandan Fransaya köçüb. Hazırda ciddi maliyyə çətinlikləri içərisindədir və düşdüyü vəziyyətdən çıxmaq üçün Bricit Makronun qızını şantaj etməkdən yaxşı yol tapmayıb.
Fransa prezidentinin ailəsinin vəkili jurnalistlərə bildirib ki, həmin şəxs Tifani Ozyerin sosial şəbəkə hesabının hamıya açıq olmasından istifadə edib. O, Tifani Ozyerə sosial şəbəkədə yazıb ki, Emmauel və Bricit Makronların böyük pərəstişkarıdır. İstəyir ki, prezident ailəsi onun xidmətlərini nəzərə alsın. Müğənni iddia edib ki, Yelisey sarayının əməkdaşından əldə etdiyi “həssas xarakterli” sənədlərə malikdir. Onun sözlərinə görə, həmin sənədlər prezidenti zəiflədə və təhlükəsizliyinə zərbə vura bilər.
Azərbaycanlı gənc həmin sənədləri yalnız Parisdə mənzil və 300 min avro qarşılığında verəcəyini deyib.
Tifani Ozyer bu məlumatı oxuyub, amma ona əhəmiyyət verməyib. Amma məlumat Yelisey sarayının təhlükəsizlik əməkdaşlarının diqqətini cəlb edib.
Montrey jandarmının axtarış briqadası tezliklə şantajçının izinə düşüb. Məlum olub ki, bu, bütün şüurlu həyatını Fransada yaşayan azərbaycanlıdır. Maraqlıdır ki, həmin adam Fransa prezidentinin ögey qızına məktub göndərəndə kimliyini gizlətməyi də lazım bilməyib.
Nəhayət, sentyabrın 17-də onu saxlayıb və həbs ediblər. Məhkəmə ekspertizası adamın hansısa psixi pozğunluqlarının olmadığını müəyyənləşdirib.
O, 2020-ci il yanvarın 30-da şantaj ittihamı ilə məhkəmə qarşısına çıxarılacaq. Onu 5 ilə qədər həbs və 75 min avro cərimə gözləyir. Və o hələ də iddia edir ki, əlində prezidentlə bağlı mühüm sənədlər var.
“O, həmin sənədlərin məzmununu jandarmlara açıqlamaq istəməyib, deyib ki, ancaq prezidentin ailəsinə və ya jurnalistlərə verə bilər”, - prokuror Paskal Markonvil bildirib.
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO