FHN: İtkin düşmüş balıqçının axtarışları davam etdirilir
Bizi izləyin

Hadisə

FHN: İtkin düşmüş balıqçının axtarışları davam etdirilir

Bakı şəhərinin Pirallahı rayonundan balıq tutmaq məqsədilə dənizə çıxaraq itkin düşən 1976-cı il təvəllüdlü Quliyev Vurğun Akif oğlunun axtarışları davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a bildiriblər ki, axtarışlara nazirliyin Aviasiya dəstəsinin bir helikopteri və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. Axtarışlar Xaçmaz rayonu sahillərindən 95 kilometr dənizin içinə doğru və sahilboyu ərazilərdə aparılıb. Nəticədə insan faktoru aşkar olunmayıb. Axtarış-xilasetmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm