Bakıda sərnişin avtobusunun düşdüyü ağır qəzadan GÖRÜNTÜLƏR - VİDEO
Bizi izləyin

Hadisə

Bakıda sərnişin avtobusunun düşdüyü ağır qəzadan GÖRÜNTÜLƏR - VİDEO

Bu gün Qaradağ rayonu ərazisində 149 saylı marşrut avtobusunun düşdüyü ağır yol qəzasından görüntülər yayılıb.

Publika.az hadisə yerindən görüntüləri təqdim edir.

Qeyd edək ki, səhiyyə Nazirliyi hadisə nəticəsində 6 nəfərin xəsarət aldığını bildirib.

*****

09:09

Bakıda səhər saatlarında bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, Qaradağ rayonu, Sahil qəsəbəsi, "20-ci Sahə" adlanan ərazidə marşrut avtobusu mikroavtobusla toqquşub.

Təcili Tibbi Yardıma çağırış saat 07:32-də daxil olub. İlkın məlumata görə 6 nəfər xəsarət alıb. 51, 28, 43,34 yaşlı kişilər, 6 yaşlı qız müxtəlif dərəcəli travmalarla Kliniki Tibbi Mərkəzə çatdırılıblar. 17 yaşlı oğlana yerində yardım edilib.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm