FHN rəhbərliyi sürüşmə zonasında
Bizi izləyin

Hadisə

FHN rəhbərliyi sürüşmə zonasında

Bu gecə Səbail rayonu, Bibiheybət məscidinin yaxınlığında qeydə alınan torpaq sürüşməsi ilə bağlı hadisə yerinə Fövqəladə Hallar nazirinin birinci müavini Rəfail Mirzəyev və digər rəsmilər gedib.

Bu sözləri Axar.az-a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətinin rəisi Gülçin Mehdiyeva deyib.

G.Mehdiyeva bildirib ki, FHN rəhbərliyi və mütəxəssislər əraziyə baxış keçirib, müşahidələr aparıblar.

Qeyd edək ki, sürüşmə zonasına Baş nazir Əli Əsədov, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəhbəri Saleh Məmmədov da gedib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm