Hadisə
BŞBPİ: İqbal Ağazadənin evinin işığını kəsən şəxs ruhi xəstədir
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) partiya sədri İqbal Ağazadənin yaşadığı ünvanda elektrik naqillərinin kəsilməsi ilə bağlı məlumat yayıb.
İdarənin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Publika.az-a bildirib ki, BŞBPİ Cinayət Axtarış İdarəsi, Xətai Rayon Polis İdarəsinin və 37-ci Polis Şöbəsi əməkdaşları tərəfindən İqbal Ağazadənin yaşadığı ünvanın elektirik naqilinə müdaxilə edən şəxs ətrafında müvafiq tədbirlər keçirilib.
Noyabrın 26-da saat 00:42 radələrində Bakı şəhəri Xətai rayonunda İ.Ağazadənin yaşadığı evin elektirik naqili kəsilib. İ.Ağazadə elektirik naqilini kəsən 1986-cı il təvəllüdlü, Xətai rayonu, Həzi Aslanov küçəsində yaşayan Pes Traykov Vladislav Yuriyeviçi özü və digər şəxslərlə izləyib saxlayaraq, Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə təhvil veriblər.
İ.Ağazadəyə qarşı təxribat edilməsi və digər halların tam və hərtərəfli araşdırılması zamanı müəyən edilib ki, V.Yuroyeviç 2013-cü ildən Ruhi-Əsəb Xəstəxanasında daimi qeydiyyatdadır.
Şəxs ilkin izahatında bildirib ki, İ.Ağazadənin yaşadığı ev əvvəllər onun tanıdığı şəxsə məxsus olub və sonradan satılıb, başqa şəxsin orada yaşaması onu narahat edir.
Faktla bağlı Xətai RPİ 37-ci Polis Şöbəsində təhqiqat araşdırmaları davam etdirilir.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu